Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil - Milli Məclis-YENİLƏNİB 

21:00 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.

***

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində problem yaranması və onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".

Hafta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

"Oqtay Əsədovun səhhətində problem yaranması barədə məlumatlar əsassızdır. Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur”, - deyə A. Təvəkküloğlu vurğulayıb.